CƏMİYYƏT


Ölkə ərazisində müşahidə olunan faktiki hava proqnozu açıqlanıb

Bakı, 29 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyi arabir Naftalanda 34, Tərtərdə 27, Bərdədə 20, Xaçmaz, Ağdamda 18, Mingəçevirdə 16, Yevlaxda 15 metr/saniyəyədək güclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.