CƏMİYYƏT


Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən avqustun 5-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağışın miqdarı Gədəbəydə 23, Göygöldə 18, Daşkəsəndə 16, Gəncədə 13, Şahdağ, İsmayıllıda 9, Altıağacda 8, Qırızda 7, Oğuzda 6, Naftalan, Xaltan, Şamaxıda 5, Göyçay, Qəbələ, Şəki, Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Avqustun 5-də Göygöl meteoroloji stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23, rayon ərazisinə və rayonun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 millimetr olan, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.

Qərb küləyi əsib, Daşkəsəndə 23-28 metr/saniyəyədək güclənib.

Avqustun 5-də Bakıda havanın temperaturu iqlim normasından 2.7° yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34°, Naxçıvan Muxtar Respublikasında 38-40°, Ordubadda 42°, dağlıq rayonlarda 26-28°, aran rayonlarında 35-40° isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.