CƏMİYYƏT
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin olunub
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 27-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.