İQTİSADİYYAT


Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub

Bakı, 3 iyul, AZƏRTAC

Ölkə ərazisində rabitənin dayanıqlığı təmin edilib.

Bu barədə AZƏRTAC-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub. İyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.