CƏMİYYƏT


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Bakı, 8 dekabr, AZƏRTAC 

Azərbaycanda dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində gün ərzində çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti olacaq.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 4-6° şaxta, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-3° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 9-12° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 7-9°, gündüz 9-12° isti, dağlarda gecə 0-3°, gündüz 5-7° isti olacağı ehtimalı var.

Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.