CƏMİYYƏT


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanda yanvarın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0°-yə yaxın, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunundan 776 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 21-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, bəzi yerlərdə 20°-dək şaxta, gündüz 3-7° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8°, dağlarda 10-14°, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, bəzi yerlərdə 16-18° şaxta, gündüz 2-6° şaxta olacağı proqnozlaşdırılır. Yolların buz bağlayacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-5° isti olacağı bildirilir. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 0-4° şaxta, dağlarda gecə 11-16°, gündüz 2-7° şaxta olacağı ehtimal edilir. Yolların buz bağlayacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-7° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimal edilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 4-7°, gündüz 2-4° şaxta olacağı ehtimalı var. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.