CƏMİYYƏT


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb

Bakı, 2 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, aprelin 1-i gündüzdən Qərb küləyi tədricən mülayimləşib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 21, Şahdağda 20, Lerikdə 15, Qaxda 11, Daşkəsən, Altıağac, Gədəbəydə 9, Şəkidə 8, Göygöl, Ordubadda 5, Şamaxı, Xaltan, Qusarda 4, İsmayıllı, Qobustanda 1 santimetr olub.

Yağıntının miqdarı Mingəçevirdə 17 (aylıq normanın 50 faizi), İmişlidə 13 (aylıq normanın 44 faizi), Şahbuzda 12, Göyçay, Neftçala, Salyan, Hacıqabul, Oğuzda 9, Şəki, Qəbələ, Yardımlıda 8, Naxçıvan, Şərur, Balakən, Zaqatala, Qax, Qobustan, Gədəbəy, Qrız, Hacıkənd, Qusarda 7, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Quba, Daşkəsən, Tərtər, Ağsu, Ordubad, Lerik, Cəfərxan, Beyləqan, Şamaxı, Göygöl, Göytəpə, Şahdağ, Culfa, Sədərək, Ağstafa, Xaltan, Şirvan, İsmayıllı, Şabran, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Bərdə, Biləsuvar, Lənkəran, Astarada 6 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 (aylıq normanın 43 faiz), Binədə 9 (aylıq normanın 39 faizi), Maştağada 8 (aylıq normanın 33 faizi), Pirallahıda 5 millimetr təşkil edib.

Aprelin 1-i saat 15:13-15:48 radələrində Biləsuvar rayonu ərazisinə diametri 10 millimetr olan dolu düşüb.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Qusar, Şahdağ, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu aprelin 1-də Bakıda iqlim normasından 2,7° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvanda 4° şaxtadan 4°-dək isti, dağlıq rayonlarda 10°-dək şaxta, aran rayonlarında 7°-dək isti müşahidə edilib.

Müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək. Aprelin 3-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim Cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.