CƏMİYYƏT


Ölkə ərazisindən siklonun keçməsi ilə əlaqədar yağan intensiv leysan yağışlar nəticəsində çaylarda sululuq artıb

Bakı, 27 may, AZƏRTAC

İntensiv yağışlardan sonra respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

“İntensiv leysan yağışlardan sonra Böyük Qafqazın ərazisindən axan Göyçay, Türyançay, Dəmiraparançay, Girdimançay, Pirsaatçay və Kiçik Qafqazın ərazisindən axan Gəncəçay, Əsrikçay, Axıncaçay çaylarından sel keçib”.

A.Verdiyev bildirib ki, Böyük Qafqazın cənub yamacından axan Göyçay, Türyançay və Girdimançaydan keçən sel nəticəsində mayın 26-27-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 135, Surrada 108, Şirvanda 80, Salyanda 62, Bankə məntəqəsində isə 10 santimetr artıb. Gün ərzində Kür çayında aparılan müşahidələrə əsasən çayda suyun səviyyəsinin artımı davam edir.

“Kürün aşağı axınında gündəlik aparılan monitorinqlərin nəticələri də onu göstərir ki, çayda şirinləşmə davam edir və Kür öz normal vəziyyətində dənizə axır”.

Xidmət rəsmisinin sözlərinə görə, həftənin sonunadək hava şəraitinin əsasən yağmursuz keçəcəyi ilə əlaqədar çaylarda sululuğun azalması, lakin Kür çayının aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.