MƏDƏNİYYƏT


Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb

Bakı, 30 iyul, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 55,9 faiz azalaraq 585,9 min olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 58,8 faizi Bakıda, 8,1 faizi Qəbələdə, 8 faizi Qusarda, 4,7 faizi Qubada, 4,2 faizi Naftalanda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,7 faizi Lənkəranda, 1,4 faizi Şabranda, 1,1 faizi Mingəçevirdə, 0,8 faizi Gəncədə və 8,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 64,3 faiz azalaraq 340,8 min olub ki, bu da ümumi gecələmələrin 58,2 faizini təşkil edir. Gecələmələrin 15,6 faizi Rusiya Federasiyası, 11,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,2 faizi Səudiyyə Ərəbistanı, 6,8 faizi Türkiyə, 6,4 faizi Hindistan, 5,3 faizi Böyük Britaniya, 5 faizi Küveyt, 3,3 faizi İran, 2,9 faizi İsrail, 2,2 faizi ABŞ, 1,8 faizi Qətər, 1,7 faizi İraq, 1,6 faizi Almaniya, 1,5 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,2 faizi İtaliya,1,2 faizi Ukrayna, 1 faizi Gürcüstan, 0,9 faizi Bəhreyn, 17,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 75,3 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,8 faizi Qəbələdə, 4,5 faizi Naftalanda, 3,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,3 faizi Qubada, 2,2 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 34,4 faiz azalaraq 245,1 min olub.

Cari ilin 6 ayında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz azalaraq 72 milyon manat olub ki, onun da 58,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Yarım ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6 faiz səviyyəsində olub (2019-cu ilin yanvar-iyun aylarında 21,6 faiz). Bu göstərici Beyləqanda 21,8 faiz, Naftalanda 21,7 faiz, Qusarda 13,6 faiz, Şabranda 12,8 faiz, Qubada 11,8 faiz, Bakıda 11,4 faiz, Qəbələdə 11 faiz, Biləsuvarda 10,4 faiz, Cəlilabadda 9,2 faiz, Sabirabadda 9,2 faiz, Göyçayda 9,2 faiz, Naxçıvan Muxtar Respublikasında 8,3 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.