REGİONLAR


Ölkə üzrə 177725 hektar sahədə yay şumu aparılıb

Bakı, 6 iyul, AZƏRTAC

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177725 hektar sahədə yay şumu aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 faizini, biçin başa çatmış ərazilərin isə 35,12 faizini təşkil edir.

Biçilmiş sahələrdə ən çox yay şumu Neftçala (75.3%), Zərdab (67.9%), Samux (57.9%), Şabran (42.3%), Hacıqabul (41.4%), Bərdə (37.1%), Kürdəmir (35%), Salyan (31.9%), Qax (30.1%), Ağsu (28.7%) və Ağcabədi (25.3%) rayonlarında aparılıb.

Yay şumu davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.