CƏMİYYƏT


Ölkə üzrə koronavirusa yoluxma hallarının yarıdan çoxu paytaxtın payına düşür

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

AZƏRTAC koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,2 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,3, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8,1, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 3, Lənkəranda 2,9, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,05 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.