İQTİSADİYYAT


Ölkə üzrə qazlaşdırma səviyyəsi ümumilikdə 96 faizə yaxınlaşır

Bakı, 22 avqust, AZƏRTAC

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bölgələrdə qazlaşdırmaya dair bir sıra mühüm addımlar atılıb.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən genişmiqyaslı layihələr ilə 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşma səviyyəsi 100 faizə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşma səviyyəsi 90 faizi ötüb. Bundan başqa işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub. Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırlması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu il üçün 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də, 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Artıq 21 məntəqədə açılış baş tutub, 34 yerdə isə işlər tam başa çatdırılıb, istismara hazırdır. Hazırda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96 faizə yaxınlaşır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.