İQTİSADİYYAT


Ölkədaxili nağdsız əməliyyatların həcmi 2,5 dəfə artıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 235 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 708 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 524 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.