İQTİSADİYYAT


Ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20,4 milyon kubmetrdir

Bakı, 17 avqust, AZƏRTAC

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20 milyard 406,3 milyon kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ehtiyatların 86,3 faizi hasilatın, 13,7 faizi qalığın hesabına formalaşıb. Təbii qazın 31,8 faizi istehlak, 55,6 faizi ixrac olunan, 2 faizi itkiyə gedən, 10,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 62,9 faizi istehsal ehtiyaclarına sərf olunub, 37,1 faizi isə əhaliyə satılıb.

Bu ilin yanvar-iyun aylarında 11 milyard 350,3 milyon kubmetr və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 milyard 404 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox təbii qaz istehlak olunub, onun 38 faizi Bakı şəhərinin, 3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 10,9 faizi Abşeron-Xızı, 6,2 faizi Gəncə-Daşkəsən, 6 faizi Lənkəran-Astara, 5,7 faizi Mərkəzi Aran, 5,7 faizi Qazax-Tovuz, 5 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,5 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,7 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.