REGİONLAR


Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi elan edilir

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik və şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq 17 müxtəlif mövzu üzrə layihələri qəbul edir. Müsabiqə ilə əlaqədar 2019-cu il noyabrın 25-də saat 15:00-da Aqrar Tədqiqatlar Mərkəzinin inzibati binasında (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92, Fransa-Azərbaycan İnstitutu ilə üzbəüz) mətbuat konfransı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.