Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür

Ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür

Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyevin AZƏRTAC-a müsahibəsi

Bakı, 19 oktyabr, AZƏRTAC

- Toğrul müəllim, Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında mühüm istiqamətlərdən biri vergi yoxlamaları ilə bağlıdır. Bu sahədə hazırda vəziyyət nə yerdədir?

- 2016-cı ildə vergi sahəsində aparılacaq islahatlarda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi mühüm yer tutur. Aparılacaq islahatlara vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, habelə vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsinin genişləndirilməsi və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətinin artırılması nəzərdə tutulub. Müəyyənləşdirilmiş istiqamətlər üzrə görülən işlər hazırda yekunlaşmaq ərəfəsindədir. İlkin olaraq onu qeyd edə bilərəm ki, səyyar vergi yoxlamasının və elektron auditin keçirilməsi qaydaları hazırlanıb və Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib. Yeni qaydalar vergi yoxlamalarının təyin edilməsi, yoxlamaların aparılması və nəticələri üzrə qərarların qəbul edilməsində vergi ödəyicilərinin qanuni maraqlarının qorunmasına, vergi ödəyiciləri ilə birbaşa təmasın azaldılmasına, yoxlamaya sərf ediləcək günlərin sayının azaldılmasına xidmət edəcəkdir. Bununla yanaşı, elektron auditin aparılması üçün mütəxəssislərin hazırlanmasına başlanılıb və qanunvericilik üzrə bilik səviyyələrinin artırılması ilə yanaşı, onlara kompüter proqramlarından istifadə vərdişlərinin yüksəldilməsi üçün də təlimlər keçiriləcəkdir.

- Vergilər Nazirliyi tərəfindən vergi yoxlamaları və vergi nəzarətinin təşkili sahəsində hansı işlər görülür?

- 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması və vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlar verib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı az olmuşdur.

2015-cı ilin yanvar-sentyabr ayları ərzində 58.574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66.527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 12.735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14.567 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir.

Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil etmişdir.

Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsi və (və ya) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması faktlarının aşkar edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə 7292 halda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar çıxarılıb.

Göründüyü kimi, vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət tədbirlərində əsas məqsəd heç də cərimə tətbiq etmək deyil, vergidən yayınma hallarının qarşısını əvvəlcədən alaraq, vergi mədəniyyətinin yüksəldilməsinə şərait yaratmaqdır. Bunun qarşılığında vergi ödəyiciləri də öz əməllərinə görə cavabdeh olmalı və qanunvericiliklə müəyyən edilmiş vəzifələr əsasında fəaliyyət göstərməlidir. Lakin bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirə bilmədiklərinə görə vergi qanunvericiliyinin pozulması hallarına hələ də rast gəlinir.

Bəzi hallarda yoxlamaların sayının azaldılmasından sui-istifadə nəticəsində vergidən yayınma hallarına yol verilir. Bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi, gəlir və xərclərinin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin həyata keçirilməməsi zamanı baş verir.

Bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb.

Riskli hesab edilmiş 1148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilmiş və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4,7 dəfə azaldıldığı müəyyən olunmuşdu.

Bundan əlavə, aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar edilib.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

- Qanunvericiliyə əsasən, vergi ödəyicisinin vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş akt və qəbul edilmiş qərarlarla razılaşmadıqda yuxarı vergi orqanına müraciət etmək hüququ var. Bu sahədə vəziyyət necədir?

- Vergi ödəyiciləri tərtib edilmiş aktlarla razılaşmadıqda onların hüquqlarının qorunması, narazılıqlarının aradan qaldırılması məqsədilə həmin aktlara yuxarı vergi orqanı tərəfindən baxılır. Bu məqsədlə yuxarı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan müddəaların düzgün tətbiq olunması və prosedur qaydalarına tam əməl edilməsi araşdırılır. Tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadıqda vergi ödəyicisi məsuliyyətə cəlb olunmur və bu hal vergi ödəyicilərinin tərtib olunmuş aktlardan narazı qalmamaları ilə nəticələnir.

İdarəyə daxil olan şikayət xarakterli müraciətlər «Vətəndaş müraciətləri haqqında» və «İnzibati icraat haqqında» qanunun tələblərinə uyğun olaraq baxılır. Şikayətlərin araşdırılması zamanı məlum olur ki, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər öz maliyyə-təsərrüfat fəaliyyətlərinin (gəlirlərinin və xərclərinin) uçotunu aparmırlar və ya uçotun aparılması üçün mühasiblərdən istifadə etmirlər. Sahibkarlar mühasibat xidmətindən istifadə etməklə öz iqtisadi fəaliyyətlərinə nəzarəti təşkil edə, bununla da gələcəkdə baş verənlərin proqnozunu müəyyənləşdirə, ən əsası da qanunvericiliyin tələblərinin pozulmasının qarşısını ala bilərlər.

Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin haqlı narazılıqları olduğu hallarda onların şikayətləri təmin olunur. Bununla yanaşı, ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür. Dövlət tərəfindən sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub