İQTİSADİYYAT


Ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib

Bakı, 22 iyul, AZƏRTAC

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min tona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.