İQTİSADİYYAT


Ölkədəki alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

Bakı, 20 yanvar, AZƏRTAC

Ötən il ölkədəki alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, keçən il “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub və onun 8,2 milyon kilovat/saatı ümumi enerji sisteminə ötürülüb. MMC-nin bütün obyektləri üzrə enerji sistemindən alınan enerjinin həcmi 664,6 min kilovat/saat, xüsusi sərfiyyatın həcmi isə 1,4 milyon kilovat/saat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.