Ölkədəki bəzi hidroqovşaq, kollektor və suvarma kanalları yenidən qurulacaq
AzerTAg.az
Bakı, 27 iyul, AZƏRTAC
Ölkədəki bəzi hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.
Tədbirlər Planına əsasən, Baş Muğan, Boztəpə, Rəsularx, Qızılarx, Yeni Cənubi Muğan, Köhnə Cənubi Muğan, Yeni Cənubi Muğan kanalının maşın qolu, Sabir, Aşağı Muğan, Akuşa, Türyançay Sağ Sahil, Türyançay Sol Sahil kanallarının yenidən qurulması nəzərdə tutulur.
Həmçinin Xanarx, Tərtərçay Sol Sahil, P-O, Köhnə Xanqızı, ÇTZ, Qızlıq, R-15, Yuxarı Zeyxur kanalları, Bəhrəmtəpə hidroqovşağı və Mil-Qarabağ kollektoru da yenidən qurulacaq.

Xəbərin mətnində orfoqrafik səhv var