İQTİSADİYYAT


Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb

Bakı, 22 yanvar, AZƏRTAC

Bu il yanvarın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 842 mini keçib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,3 faiz), Aran (20,5 faiz), Gəncə-Qazax (13,7 faiz) və Lənkəran (10 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib. Sahibkar qadınların 32,4 faizi Bakıda, 17,2 faizi Aran, 16,5 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23 faiz), Gəncə-Qazax (26 faiz) və Lənkəran (22,7 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.