İQTİSADİYYAT


Ölkədən göndərilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlanıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan dəyəri 55 milyon 779,7 min ABŞ dolları olan 91 min 633,4 ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 5 ayda ölkədən, həmçinin 162 milyon 185,1 min dollarlıq 337,4 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 7 milyon 55,4 min dollarlıq 33 min 342 ton maye qaz, 8 milyon 248,8 min dollarlıq 83 min 268 ton neft koksu göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.