İQTİSADİYYAT


Ölkədən göndərilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlanıb

Bakı, 20 avqust, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandan dəyəri 67 milyon 594,8 min ABŞ dolları olan 111 min 200 ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 6 ayda ölkədən, həmçinin 190 milyon 769,4 min dollarlıq 399,4 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 8 milyon 171,8 min dollarlıq 37 min 553,1 ton maye qaz, 11 milyon 648,3 min dollarlıq 117 min 300 ton neft koksu göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.