MƏDƏNİYYƏT


Ölkəmiz Asiya Film Festivalında təmsil olunacaq

Bakı, 23 yanvar, AZƏRTAC

Ölkəmizi “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən müğənni Dilarə Kazımova Misirin Şərm əl- Şeyx şəhərində reallaşacaq Asiya Film Festivalının açılışında çıxış edəcək.

AZƏRTAC Misirin “Əl-Ehram” qəzetinin saytına istinadla xəbər verir ki, festivalın direktoru Məcdi Əhməd Əli müğənnini festivalın üçüncü sessiyasının açılışında iştirak etmək üçün ölkəsinə dəvət edib. Hazırda Misirdə səfərdə olan D.Kazımova festivalın nümayəndə heyəti ilə də görüşüb. Festivalın rəsmi müsabiqə proqramında ölkəmizi rejissor Hilal Baydarov təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.