MƏDƏNİYYƏT


Ölkəmiz Bəhreyn arxeoloji irs evinin açılışında təmsil olunub

Bakı, 13 noyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirməklə yanaşı, mədəni tədbirlərə də qatılıblar. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bəhreyn Krallığının mədəniyyət və əntiq əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə açılış mərasimində çıxış edərək son illər ölkəsində həm tarixi abidələrin bərpası, həm də yeni muzeylərin açılışını yüksək qiymətləndirib. Bildirib ki, Bəhreynə turist səfərlərinin çoxalması nəticəsində belə obyektlərə maraq artıb. O, Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.