MƏDƏNİYYƏT


Ölkəmiz Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyasında təmsil olunur

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak edir.

Baş Assambleyanın 23-cü sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb.

Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edir.

Qeyd edək ki, sessiya sentyabrın 13-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.