MƏDƏNİYYƏT


Ölkəmiz “Kitab sənəti” beynəlxalq müsabiqəsində üç nominasiya üzrə qalib olub

Bakı, 29 iyun, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı beynəlxalq kitab müsabiqəsi növbəti dəfə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində təşkil olunub.

Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda, MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Özbəkistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim edilib. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunub.

Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanılıb. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilib və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparıb.

Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunub.

Müsabiqədə kitabların dizaynı, mövzusu da nəzərə alınıb.

Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.