MƏDƏNİYYƏT


Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur

Bakı, 19 sentaybr, AZƏRTAC

Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının 34-cü iclası keçirilir.

İclasda Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev və nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Araz Bağırlı iştirak edirlər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 34-cü iclasa Belarus Respublikası sədrlik edir. İclası açan Belarusun Mədəniyyət nazirinin birinci müavini Natalya Karçevskaya qonaqları salamlayaraq gündəlik haqqında məlumat verib.

Sonra ev sahibi ölkənin – Tacikistanın Mədəniyyət naziri Şəmsəddin Orumbekzadə iştirakçıları ölkəsinin hökuməti adından salamlayıb.

Gündəlik üzrə məsələlərin müzakirəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Özbəkistan, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətlərinin başçıları çıxış ediblər.

İclasda 2021-2025-ci illər üçün MDB ölkələrinin mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirlərinin layihələri nəzərdən keçirilir. Müzakirələr tarixi-mədəni irsin qorunması və istifadəsi, muzey işi, kitabxana sahəsi, teatr-konsert fəaliyyəti, təsviri sənət, kitab nəşri, informasiya fəaliyyəti, musiqi və kino sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilir.

İclasda “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramımın icrası ilə bağlı məsələyə də baxılıb. Belarus Mədəniyyət nazirinin birinci müavini N.Karçevskaya proqramın bu il Brestdə (Belarus) həyata keçirilməsi barədə məlumat verib. Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkisa Daueşov gələn il “Birliyin mədəniyyət paytaxtı” olacaq Şımkənd şəhərində proqrama hazırlığın gedişi barədə məruzə edib.

Şura üzvləri həmçinin Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Qələbə muzeyində “Qələbə ərazisi” layihəsi ətrafında da müzakirələr aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.