İQTİSADİYYAT


Ölkəmiz beynəlxalq “TEKNOFEST” Texnologiya Festivalında təmsil olunur

Bakı, 18 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və İnnovasiyalar Agentliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndislik Akademiyasının (AREA) təşkilatçılığı ilə bu il təşkil edilən “Mən Pilotam” tədris layihəsi və Dron Olimpiadasında qalib gələn məktəblilərdən ibarət milli komanda ölkəmizi İstanbulda keçirilən beynəlxalq “TEKNOFEST” Texnologiya Festivalında təmsil edir.

Bu barədə AZƏRTAC-a AREA-nın rəhbəri Rəhman Rəsulzadə məlumat verib.

O bildirib ki, festivalda ölkəmizi Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin 4E və 7B sinif şagirdləri Ömər Hacı-həsənli və Saleh Quluzadə, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanin 6F sinif şagirdi Eldar Mustafayev və AREA akademiyasının Sumqayıt şəhər üzrə baş müəllimi Tural Süleymanov təmsil edirlər.

Qeyd edək ki, 2018-ci ildən keçirilən “TEKNOFEST”də ötən il 550 min ziyarətçi iştırak edib və bu il festivala 1 milyondan çox ziyarətçinin gəlməsi planlaşdırılır. Festivalda 19 fərqli sahədə yarışlar, olimpiadalar, aviasiya sahəsi üzrə bir-birindən maraqlı hava paradı nümayiş olunur. Festival 5 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.