MƏDƏNİYYƏT


Ölkəmiz beynəlxalq konfransda təmsil olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Moskvada Rusiya Dövlət Uşaq Kitabxanası və Mütaliəsevərlər Birliyinin birgə təşkilatçılığı ilə “Uşaq və gənclər üçün mütaliənin dəstəklənməsi və təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova və şöbə müdiri İlahə Quliyeva təmsil edib.

Konfrans MDB ölkələri arasında keçirilən “Nağıllarla səyahət” beynəlxalq uşaq ədəbiyyatı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başlayıb. Qaliblər sırasında 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi 11 yaşlı Fatimə Kazımova da olub. O, “Ana haqqında nağıl” əsərinə görə birinci yerə layiq görülüb.

Təqdimatdan sonra, iştirakçı kitabxanaçıların mühazirələri dinlənilib. F. Köçərli adına Respublika Uşaq Kitabxanasını direktor müavininin “Elektron mühitdə uşaq və yeniyətmələrin kitabxanaya cəlb edilməsi yollari” mövzusunda mühazirəsi dinlənilib. O çıxışında bildirib ki, bu gün oxucularda mütaliə və informasiya mədəniyyətinin formalaşması üçün yeni yanaşmalar tələb olunur.

Konfrans plenar iclasın hesabatı ilə yekunlaşıb. Tədbir iştirakçılarına sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.