İDMAN


Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Bakı, 19 avqust, AZƏRTAC 

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə sentyabrın 8-10-da FİP arena polo üzrə dünya kuboku yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, artıq beş ildir ARAF “World Polo” MMC, Reto Gaudenzi və onun komandası ilə birlikdə mükəmməl və yüksək səviyyəli arena polo turnirinin keçirilməsinə nail olur. Bu müddət ərzində Reto Gaudenzi ARAF-ın prezidenti Elçin Quliyev tərəfindən federasiyanın beynəlxalq səviyyədə rəsmi nümayəndəsi təyin edilib.

“Elite Horse and Polo Club” arenasında üç gün ərzində möhtəşəm idman yarışları, dəbdəbəli və əyləncəli polo gecələri bütün dünyadan gələn qonaqları Bakıda salamlayacaq.

Dünya kubokunda “Grand Champions Polo Club”, “Elite Horse and Polo Club”, “Monte Carlo Polo Team” və “Eyviva Polo Club” komandaları mübarizə aparacaqlar. Bu mötəbər yarışda ölkəmizi “Elite Horse and Polo Club” komandasının heyətində Elçin Camallı (kapitan), Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov və Tərlan Qurbanəliyev təmsil edəcəklər.

Xatırladaq ki, Azərbaycan polonun vətəni kimi tanınır və bu idman növü Bakıya 2013-cü ildə, “Grass Arena Polo World Cup Azerbaijan” yarışması ilə qayıdıb. Son illərdə “World Polo” MMC Reto Gaudenzinin rəhbərliyi, ARAF-ın və “Elite Horse and Polo Club”un dəstəyi ilə Azərbaycanın paytaxtında dörd uğurlu polo tədbiri keçirib. İlk iki ildə qazanılmış böyük uğurun davamı olaraq 2015-ci il Bakı tarixdə ilk FİP arena polo Avropa çempionatına da ev sahibliyi edib. 2020-ci ildə keçiriləcək otüstü polo üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün Bakının da namizədliyi irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.