CƏMİYYƏT


Ölkəmizdə 10 milyondan çox maska ehtiyatı var

Bakı, 29 may, AZƏRTAC

Azərbaycanda dezinfeksiyaedici vasitələrin, tibbi maskaların istehsalı kifayət qədər qənaətbəxş səviyyədədir. İdxal prosesi də davam edir.

AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, ölkəmizdə 10 milyondan çox maska ehtiyatı var və bununla bağlı heç bir problem yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.