İDMAN


Ölkəmizdə aerobika gimnastikasına uşaqların böyük marağı var

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanda uşaqların aerobika gimnastikasına marağı böyükdür.

Bu barədə AZƏRTAC-a açıqlamasında aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatının iştirakçıları, qarışıq cütlükdə çıxış edən idmançılar Vladimir Dolmatov və Mədinə Mustafayeva deyiblər.

"Bizim üçün aerobika gimnastikası üzrə Azərbaycan çempionatı həm də mühüm start - Portuqaliyada keçirilən dünya çempionatından əvvəl yoxlama məşqidir. Gənc gimnastlar üçün isə belə yarışlar çox faydalı təcrübədir. Belə turnirlərin ən azı altı aydan bir keçirilməsi yaxşı olardı. Axı kiçikyaşlı və gənc gimnastların təcrübəli idmançıların çıxışlarından öyrənməli çox şeyləri var", - deyə V.Dolmatov qeyd edib.

Mədinə Mustafayeva gərgin məşq etdiklərini və dünya çempionatına hazırlıq məqsədi ilə proqramı təkmilləşdirdiklərini deyib: “Gündə iki dəfə məşq edirik. Bu yaxınlarda Yardımlıya toplanışa gedəcəyik, orada isə gündə üç məşq olacaq. Bizim üçün Avropa Oyunlarına lisenziya qazanmaq çox vacibdir".

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.