ELM VƏ TƏHSİL


Ölkəmizdə fəaliyyət göstərən elmi təşkilat və müəssisələrin sayı açıqlanıb

Bakı, 22 yanvar, AZƏRTAC

İlkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə ölkəmizdə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 133 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,2 mindən artıq mütəxəssis məşğul olur, onların da 71,4 faizi tədqiqatçılardır.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.

Hesabatda bildirilir ki, bu mütəxəssislərin 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 7 min nəfər elmi pedaqoji işçi tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Hazırda Milli Elmlər Akademiyasının 68 həqiqi və 105 müxbir üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.