ELM VƏ TƏHSİL


Ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual gənc nəsil yetişib

Bakı, 2 fevral, AZƏRTAC

Dendrologiya İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən dosent Minarə Həsənova 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis olunmasını xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva çıxışlarında bildiriblər ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir. Ulu Öndərin gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlandığı vurğulanıb.

Tədbirdə gənclərə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.