ELM VƏ TƏHSİL


Ölkəmizdə məcburi köçkün uşaqlar üçün 583 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Bakı, 22 yanvar, AZƏRTAC 

2019/2020-ci tədris ilinin əvvəlinə olan məlumata əsasən, ölkədə 57,3 min şagirdi əhatə edən 103 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.

Hesabatda bildirilib ki, dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 583 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 102,1 min nəfər şagird təhsil alır.

Ötən il ümumi təhsil müəssisələrini bitirən 79,7 min məzundan 78,9 min nəfəri və ya 99,0 faizi tam orta təhsil haqqında attestat alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.