REGİONLAR
Ölkəmizdə milli və dini dözümlülük, tolerantlıq yüksək səviyyədədir
Quba, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubanın Pütəqasım kəndində “Azərbaycanın multikulturalizm modeli dünyaya nümunədir” mövzusunda keçirilən seminarda bildirilib.
Quba Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkil etdiyi tədbirdə kənd sakinləri, dini icmaların nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, yüzilliklər boyu Azərbaycanda məskunlaşan müxtəlif mədəniyyətlərə və dini etiqadlara mənsub xalqlar sülh və əmin-amanlıq şəraitində, dinc-yanaşı yaşayıb, aralarında heç bir ayrı-seçkilik olmayıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son illərdə bu sahədə gördüyü işlər nəticəsində Azərbaycan mədəniyyətlərarası dialoq, dünya mədəniyyətinin və sivilizasiyaların qarşılıqlı təsir məkanına uğurlu transformasiya olunub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar səsləndirilib.