CƏMİYYƏT


Ölkəmizdə piylənmədən əziyyət çəkən beş minə yaxın insan dispanser qeydiyyatına alınıb

Bakı, 6 iyun, AZƏRTAC

Piylənmə dövrümüzün ən arzuolunmaz xəstəliyi olaraq qalır və ondan əziyyət çəkənlərin sayı ildən–ilə artır.

Respublika Endokrinoloji Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hazırda piylənmədən əziyyət çəkən 4953 nəfər dispanser qeydiyyatındadır və onlardan 3017 nəfəri qadındır.

Ölkə üzrə piylənmədən əziyyət çəkənlərin sayı dispanser qeydiyyatında olanlardan üç-dörd dəfə çoxdur. Mütəxəssislərin fikrincə, piylənmənin yaranmasında genetik səbəblərlə yanaşı, qeyri-sağlam həyat tərzi, fast-fudla qidalanmaq, oturaq iş şəraiti və həyat tərzi mühüm rol oynayır. Yeniyetmələr arasında piylənmə isə daha çox fast-fudla qidalara meyillilik, qazlı içkilərdən çox istifadə, genetik modifikasiya olunmuş qidaların qəbul edilməsi ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.