ELM VƏ TƏHSİL
Ölkəmizdə qazanılan bütün nailiyyətlər ulu öndər Heydər Əliyev siyasətinin nəticəsidir
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Dövlət Müstəqilliyi Gününün geniş qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğulayan rektor Mustafa Babanlı Ulu Öndərin siyasətinin uğurlu nəticələrindən danışıb.
Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdıran rektor respublikamızın sürətlə inkişaf etdiyini söyləyib.
Kafedra müdiri, professor Camal Mustafayev ölkəmizdə qazanılan bütün nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğunu vurğulayıb.