MƏDƏNİYYƏT


Ölkəmizdə qədim maddi-mədəniyyət nümunələrinin qorunub saxlanması sahəsində ciddi addımlar atılıb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Pirallahıdakı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin müavini Anara Hacıbəyli bu əlamətdar günün tarixi barədə məlumat verdikdən sonra ölkəmizdə mədəniyyət sahəsində görülən işlərdən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasəti bu gün uğurla həyata keçirilir. Ölkəmizdə yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri inşa olunub və ya əsaslı təmir edilərək istifadəyə verilib.

Qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni mərhələyə qədəm qoyub, xalqımıza məxsus qədim maddi-mədəniyyət nümunələrinin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılıb.

Türkiyə və İranın ölkəmizdəki səfirliklərinin nümayəndələri İrfan Çifçi və Əskər Farsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova və başqaları ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan dolma, lavaş, kəlağayı və musiqi alətlərimizin sərgisi nümayış olunub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.