ELM VƏ TƏHSİL


Ölkəmizdə təhsilin modernləşdirilməsinə geniş imkanlar yaradılır

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin doktorant və tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncamlarını ürəkdən alqışlayırıq. Bu sərəncamlar ölkədə doktorant və tələbələrin təhsilə, elmə, intellektual yaradıcılığa olan münasibətlərinin stimullaşdırılması məqsədini daşıyan xeyirxah addımdır.

Bu sözləri Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov AZƏRTAC-a müsahibəsində deyib. Dekan qeyd edib ki, ölkə rəhbərliyinin formalaşmaqda olan yeni elmi istiqamətlərin inkişafına xüsusi önəm verməsi, elmə, təhsilə göstərdiyi diqqət və qayğısı respublikamızda elmi-texniki tərəqqinin sürətlənməsinə, təhsilin modernləşdirilməsinə, təlim texnologiyalarının kompleks innovativliyinə geniş imkanlar yaradır. Prezidentin sərəncamları intellektual gəncliyin sosial təminatının yaxşılaşdırılması sahəsində atılan addımların parlaq təzahürüdür.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edən Azad Qurbanov dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.