REGİONLAR


Ölkəmizdə uşaqların qayğısız böyümələri üçün hər cür yaradılıb

Qəbələ, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qəbələ rayonunda rəngarəng tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə iyunun 1-də Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün bayram şənliyi keçirilib. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid və aztəminatlı ailələrin övladları, mərkəzin könüllüləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra uşaqlar rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilən rəsm sərgisi ilə tanış olublar. Tədbirdə ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışılıb, onların sağlamlıqlarının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi istiqamətində davamlı iş aparıldığı vurğulanıb.

Bayram tədbiri mərkəzdə şirniyyatlarla bəzədilmiş süfrə ətrafında davam etdirilib. Uşaqlara bayram hədiyyələri təqdim olunub.

Həmin gün mərkəzin əməkdaşları şəhid ailələrinə də baş çəkib, şəhid övladlarını hədiyyələrlə sevindiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.