CƏMİYYƏT


Ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 604 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5008, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 596 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 14 min 495, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 713 min 15 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.