İQTİSADİYYAT


Ölkəmizdən Rusiyaya pulköçürmə əməliyyatları daha əlverişli olub

Bakı, 5 iyun, AZƏRTAC

“Zolotaya Korona” pulköçürmə sistemi ölkədə pandemiya dövründə rəqəmsal ödənişlərin, o cümlədən pulköçürmə əməliyyatlarının inkişafı və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, pulköçürmə sisteminin rəhbərliyinin qərarı əsasında COVID-19 pandemiyası səbəbindən vətəndaşların pulköçürmə əməliyyatlarının daha effektiv formada həyata keçirilməsi və bankların fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni təşviqat layihəsinə, əməliyyatlar üzrə xüsusi tariflərin tətbiqinə başlanılıb.

Belə ki, iyunun 1-dən avqustun 31-dək ölkəmizdən Rusiyaya “Zolotaya Korona” pulköçürmə sistemi vasitəsilə həyata keçirilən pulköçürmələri üzrə xidmət haqqı köçürmənin məbləğindən asılı olmayaraq 0,5 faiz təşkil edəcək. Bu xidmət haqları əvvəl 0,9 faiz təşkil edirdi.

“Zolotaya Korona” pulköçürmə sistemi ölkədə rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsi, pulköçürmələrinin təşviqi, habelə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.