CƏMİYYƏT


Ölkəmizi daha yaxşı tanımağa şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdaram

Bakı, 16 mart, AZƏRTAC 

"Ölkəmizi tanıyaq" devizi altında təşkil edilən tur-aksiya çərçivəsində bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda , Qız qalasında, Şirvanşahlar Saray Kompleksində olduq. Kitablardan oxuduğumuz, şəkillərini gördüyümüz abidələri ziyarət etdik, onlar haqqında daha dərin məlumat topladıq.

Tur-aksiya bizə ölkəmizi, paytaxtımızı daha yaxşı tanımağa, tarixi abidələri yaxından görməyə imkan yaradıb. Biz məktəblilərə belə şəraiti yaratdığı üçün Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri tur-aksiyada iştirak edən Naxçıvan məktəblisi, 11-ci sinif şagirdi Fizzə İsmayılova deyib.

Naxçıvanlı şagird ilk təəssüratlarının xoş olduğunu, digər tarixi məkanları görmək üçün səbirsizləndiyini də qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.