CƏMİYYƏT


“Ölkəmizi tanıyaq”: Beynəlxalq Muğam Mərkəzində konsert proqramı

Bakı, 24 mart, AZƏRTAC 

Martın 24-də Beynəlxalq Muğam Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində naxçıvanlı məktəblilər üçün konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə xanəndələr Hüseyn Mikayıloğlu (Mahur təsnifi) “Əlimdə sazım qurbanın”, “Bir ney kimi hərdən”, Rəvanə Əmiraslanlı (Segah təsnifi) “Nar ağacı” və Rəvanə Qurbanova “Dumanlı Təbriz”, “Sən Müşfiqin yanında” mahnılarını səsləndiriblər.

İfaçıları tarda Əli Əliyev, kamançada Abbas Əliyev və nağarada Vaqif Qasımov müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.