REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları arasında Balakən məktəbliləri də var

Balakən, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də səhər saatlarında Balakən rayonunun fəal məktəblilərindən ibarət qrup respublikamızın qərb bölgəsinə yola salınıb. Bayraq Muzeyinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiyaların böyüməkdə olan gənc nəslin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırılıb ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin və qərb bölgəsinin rayonlarının zəngin və çoxəsrlik tarixi, son illərdə keçdiyi sürətli inkişaf yolu, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Məktəblilər, eyni zamanda, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda aparılan tikinti-quruculuq işlərinin, iqtisadi tərəqqinin canlı şahidi olacaq, yurdumuzun gözəlliklərini əyani şəkildə görəcəklər.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.