CƏMİYYƏT


Ölkəmizin 65 müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlərin nəticəsində “Rosselxoznadzor" tərəfindən bu il sentyabrın 14-dən daha 11 alma istehsalı müəssisəsindən həmin ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, indiyə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən ölkəyə məhsul ixracına icazə verilib. Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144 min 767 ton təşkil edir və bu, ötən il ərzində həmin ölkəyə ixrac olunan 66 min 924 ton alma məhsulunun 216 faizi həcmindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.