SİYASƏT


Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilmiş və xüsusi üsulla endirilərək ələ keçirilmişdir.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.