CƏMİYYƏT


Ölkəmizin parolimpiyaçıları Dünya Boccia Challenger yarışında fərdi oyunlarda 4 medal qazanıblar

Bakı, 5 avqust, AZƏRTAC

Hollandiyanın Veldhoven şəhərində Dünya Boccia Challenger çempionatında Azərbaycan Boccia İdman Federasiyanın idmançıları fərdi yarışlarda uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, 26 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan idmançıları 4 medal qazanıblar.

Paralimpiyaçı Xəyal İslamov (BC4) turnirdə qızıl medala sahib olub.

Çempionatda idmançılarımızdan Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) bürünc medal qazanaraq 3-cü yeri tutublar.

Yarışda cütlük halında ölkəmizi təmsil edən Zaur Veysəlov və Nərmin Ağayeva Böyük Britaniya təmsilçilərinə 6:1 hesabı ilə qalib gəliblər. Onlar avqustun 5-6-da keçiriləcək cütlük yarışlarında da ölkəmizi təmsil edəcəklər.

Onu da qeyd edək ki, ölkəmizin Boccia komandası çempionatda 12 iştirakçı (7 atlet və 5 müşahidəçi) ilə təmsil olunur. Komandanın baş məşqçisi İlham Məhərrəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.