MƏDƏNİYYƏT


Ölkəmizin turizm potensialı 5 ay ərzində 10 beynəlxalq sərgidə tanıdılacaq

Ölkəmizin turizm potensialı 5 ay ərzində 10 beynəlxalq sərgidə tanıdılacaq

Bakı, 25 yanvar, AZƏRTAC

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və "SATTE", Türkiyədə "EMITT", İsraildə "IMTM" kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada "ITB Berlin", Rusiyada "MITT", apreldə Qazaxıstanda "KITF", may ayı ərzində isə BƏƏ-də "ATM Dubai”, Səudiyyə Ərəbistanında "Riyadh Travel Fair" və Almaniyada "IMEX Frankfurt" kimi beynəlxalq turizm sərgilərində tanıdılacaq.

Bu sərgilərdə Azərbaycan milli stendində ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə ölkəmizə aid müxtəlif turizm məhsulları, işğaldan azad olunmuş ərazilərin turizm imkanları, qastroturizm, sağlamlıq turizmi, şərabçılıq, mədəni, işgüzar turizm, təbiət, haykinq, eləcə də qış turizmi imkanları və dağ-xizək mərkəzləri haqqında ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.